2 İyun 2016 00:36
1 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Rusiyadan gələn TIR sürücüləri üçün viza tətbiq etmək niyyətindədir.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Beynəlxalq Nəqliyyatçılar Birliyinin sədri Fatih Şener bildirib ki, bu ilin yanvar ayından Rusiya Türkiyə TIR sürücülərinə viza rejimi tətbiq etdiyi üçün türk sürücülər sərbəst halda ölkəyə buraxılmır. Türkiyə də eyni sərt rejimi Rusiya TIR sürücülərinə qarşı tətbiq etmək niyyətindədir.

Türkiyənin Rusiyadakı səfirliyi Beynəlxalq Nəqliyyatçılar Birliyinin təklifi əsasında bu gündən etibarən Rusiya TIR sürücülərinə qarşı viza rejimi tətbiq edib.

2016-cı ilin ilk dörd ayında Rusiyadan 580 ədən TIR Türkiyəyə daxil olun. Onların əsas yükü kimyəvi maddələr olub. Türkiyə TIR-ları isə Rusiyaya buraxılmırlar.

Ayxan


Müəllif:

Oxşar xəbərlər