2 İyun 2016 11:13
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ Gülən hərəkatını terror təşkilatı kimi hesab eləmir".

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bunu ABŞ xarici işlər nazirinin sözçüsü Con Kibri deyib.

"Türkiyə Gülən hərəkatını terror təşkilatı elan edib. Bu təşkilatın lideri ABŞ-da yaşayır. Bu təşkilata qarşı ABŞ hansı fikirdədir, Türkiyəni dəstəkləyirsizmi?" sualına cavabda Kibri bildirib ki, ABŞ Gülən hərəkatını terror təşkilatı olaraq tanımır: "Məsələ ilə bağlı geniş məlumatımız olmadığından, türk hökumətinin bu qərarı açıqlaması vacibdir".

Kibri əlavə edib ki, Fətullah Gülənin ekstradisiyası ilə bağlı ABŞ tərəfi heç bir açıqlma verməyəcək.

Qeyd edək ki, Nurçu camaatının lideri olan Fətullah Gülən hazırda ABŞ-ın Pensilvaniya ştatında yaşayır.

Samir


Müəllif:

Oxşar xəbərlər