20 İyun 2014 15:34
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Dünya Çempionatını keçirildiyi Braziliyanın San Paulu şəhərində kütləvi etiraz aksiyaları keçirilir.

Teleqraf.com-un xəbərinə görə, aksiya polisin şiddətli müdaxiləsi ilə müşayiət olunur. Verilən məlumata görə, mitinq yerli anarxistlərin təşəbbüsü ilə keçirilir.

Aksiyaçılar yerli Mercedes Benz avtosalonunu və iki bankı – Braziliya Bankını və Citibankı dağıdıblar. Eyni zamanda, əldəqayırma partlayıcı qurğu işə salınıb. Polis gözyaşardıcı qaz istifadə etmək mıcburiyyətində qalıb.

Yerli mətbuatın yaydığı məlumata görə, etiraz aksiyasının təşəbbüskarı Free Fare movement olub. Qeyd edək ki, hərəkat ictimai nəqliyyatda gedişin pulsuz olmasını tələb edir.

Bu aksiya ilə Free Fare movement ötən il keçirilən aksiyaların uğuğrunu qeyd etmək istəyib. Keçən il təşkil olunan mitinqlardan sonra hökumət gediş haqqını azaltmışdı.

İlk saatlarda aksiya dinc xarakter daşısa da, İngiltərə Uruqvay oyununun başlamasına az qalmış, şiddətlənib. Aksiyaçıların bir hissəsi mağaza və inzibati binaların şüşələrini daş-qalaq etməyə başlayıb.
Verilən məlumata görə, vandalizm aktlarını həyata keçirən qrup “Qara blok” adlı hərəkatın üzvləridir. Aksiyalçıların əsas hissəsi bu təşəbbüsü dəstəkləməyib.

Aksiya iştirakçıları Çempionatın keçirildiyi futbol meydançasına tərəf irəliləmək istəsələr də, polis yürüşün qarşısını almağa müvəffəq olub. Aksiyaçılar uğursuz cəhddən sonra, evlərə dağılışıblar.
Vandalizm aktının nəticəsində dəyən ziyan qiymətləndirilir. Ilkin hesaba görə, mitinqda 1.5 min adam iştirak edib.

Yaralananlar və saxlanılanlar haqqında məlumat verilmir. Eyni zamanda, polis aksiyada iştirak etməyən 15 nəfərin həbs olunması barədə məlumat verib.

Yayılan xəbərə görə, həbs olunanlar xarici azarkeşləri təhdid etdikləri üçün həbs ediliblər.

Ülviyyə


Müəllif: