"Bundestaqın "erməni soyqırımı"nı tanıması Türkiyə-Almaniya münasibətlərinə ciddi təsir göstərəcək".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu hakim AKP-nin sözçüsü Yasin Aktay deyib. Onun sözlərinə görə, Almaniya parlamentinin bu qərarı dostluqdan uzaqdır.
Bu arada, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu qərara Tvitter hesabından reaksiya verib: "Öz tarixindəki qaranlıq səhifələri bağlamanın yolu məsuliyyətsiz Məclis qərarı ilə başqa ölkələrin tarixini qaralamaq deyil".
Samir