Türkiyə Baş naziri Binalı Yıldırım Almaniya parlamentinin qondarma erməni soyqırımını tanıması qərarını qınayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, bu qərarı qəbuledilməz adlandırıb:
"Səhv qərardır. Türkiyə bu qərarı heç vaxt qəbul etməyəcək. Bu millət keçmişi ilə fəxr edən millətdir. Bizim keçmişimizdə üz qaraldacaq, başımızı aşağı edəcək heç bir olay yoxdur. Türkiyənin Almaniyadakı səfirini geri çağırdıq. Təbii ki, qərar mətnini gördükdən sonra atılacaq addımlarda tərəddüd etməyəcəyik. Bu millət heç kimdən əmr almayıb, heç kimə boyun əyməyib. Biz Allahın önündə əyilirik, millətimiz nə istəsə, onu edəcəyik".
Baş nazirin müavini Numan Kurtulmuş da Tvitterdən bu qərarı kəskin tənqid edib: "Almaniya parlamentinin "soyqırım" iddiasını qəbul etməsi tarixi səhvdir. Bu qərar iki ölkə arasında dostluq əlaqələrinə ciddi təsir göstərəcək. Bu məsələ siyasətçi və parlamentarilərin deyil, elm adamları və tarixçilərin nəticələri əsasında müzakirəyə çıxarılmalıdır. Türkiyə olaraq, hər platformada lazımi cavabı verəcəyik".
Samir