New York məhkəməsi iranlı biznesmen və Türkiyə vətəndaşı Rza Zərrabın 50 milyon dollar müqabilində zaminə buraxılma tələbini dəyərləndirəcək.
Teleqraf.com xəbər verir ki, şəhərin Baş prokuroru Preet Bharara iş adamının vəkillərinin məhkəməyə təqdim etdiyi sənədlərə etiraz edib.
Bharara bildirib ki, Zərrab məhkəməni aldatmağa çalışır: " Zərrabın vəkilləri məhkəməyə qüsurlu və yanlış məlumatlar verib. Zərrab sərvətini gizlətməyə çalışıb. O, ibtidai istintaq zamanı ingiliscə bilmədiyi və tərcüməçi verilmədiyi üçün səhv bəyanat verdiyini bildirib. Amma bunlar həqiqətə uyğun deyil. Tərcüməçi orada olub. Bu barədə məhkəməyə video da təqdim etmişik".
Bharara bildirib ki, Zərrab zaminə buraxılarsa, böyük sərvəti və yüksək rütbəli şəxslərlə münasibətləri olduğu üçün ölkədən qaçma riski genişdir.