“NATO Şərqi Avropada mövqeini gücləndirməklə Rusiya ilə qarşıdurmaya getmək niyyətində deyil”.
Teleqraf.com CNN-ə istinadən xəbər verir ki, bunu təşkilatın baş katibi Cens Stoltenberq iyunun 2-də Berlində Almaniyanın kansleri Angela Merkellə keçirdiyi brifinqdə deyib.
Baş katib Rusiya ilə münaqişə etmək istəmədiklərini bildirib: "NATO Rusiya ilə yeni soyuq müharibə yox, daha əməli münasibətlər qurmaq istəyir".
Qeyd edək ki, Rusiyanın 2014-cü ildə Krımı ilhaq eləməsi və Ukraynanın şərqindəki münaqişəyə görə, Avropa Birliyi ilə Rusiya arasında münasibətlər pisləşib.
Stoltenberq mayın 30-da bildirib ki, Varşavada keçiriləcək sammitində təşkilatın Polşa və digər Şərq cəbhəsi ölkələrində iştirakının gücləndirilməsi müzakirə olunacaq.