"Hillari Klinton həbs olunmalıdır".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd, milyarder Donald Tramp deyib.
O, bununla Demokratların prezidentliyə namizədi Hillari Klintonun ittihamına cavab verib. Klinton Trampı təhlükəli və mənasız ideyalarına görə ittiham edib.
Tramp çıxışı zamanı Klitonun dövlət katibliyi dövründəki məxfi yazışmalarla bağlı qalmaqalını xatırladıb: "İranla nüvə razılaşması məsələsində Klintonun Obamaya niyə dəstək verdiyini bilirsiz? O sadəcə, həbs olunmaq istəmir. Bu yazışmalardan sonra onun prezidentlik yarışında iştirak etməsi ABŞ üçün biabırçılıqdır".
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri bu ilin noyabrın 8-də keçiriləcək. İlkin seçkilərin nəticələrinə görə, Tramp partiya nümayəndələrinin 1237 səsini qazanıb.
Samir