Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi rusların daha çox hansı cinayətlərdən qorxduqlarını müəyyənləşdirən sorğu keçirib.
Teleqraf.com Rusiya mediasına istinadla xəbər verir ki, ölkə vətəndaşları birinci növbədə terror aktlarından qorxurlar. 34 faiz respondent ekstremist-fanatiklərin qurbanı olmaqdan narahatlığını bildirib.
21 faiz internet və bank kartı dələduzluğundan çəkinir. 15 faiz pul və əmlakının oğurlanacağından, 14 faiz isə mənzilə basqından qorxur.
Mahir