Fransada yeni əmək qanunlarına qarşı etirazlar səngimək bilmir.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, minlərlə insan öz etirazlarını müxtəlif şəkildə bildirməyə çalışırlar.
Yerli mediayda yer alan məlumatlara görə, bir qrup şəxs Paris küçələrinə peyin tökməklə qanuna etirazlarını ifadə ediblər. Ölkədə hökm sürən tətillər səbəbindən küçədəki zibillər günlərlə təmizlənmir. Bu isə öz növbəsində antisanitar vəziyyətin kəskinləşməsi ilə nəticələnib.
Rəsmilər ölkədə sərnişindaşıma sahəsinin də iflic olduğunu qeyd edirlər.
Samir