20 İyun 2014 17:07
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Suriyada baş verən növbəti qanlı terror olayı nəticəsində 34 nəfər ölüb, azı 50 nəfər isə yaralanıb.

Teleqraf.com-un Suriyanın rəsmi xəbər agentliyi SANA-ya istinadən verdiyi xəbərə görə, hadisə Hama çölündəki Sehl əl-Gab bölgəsində olan əl-Hurra kəndində bomba yüklənmiş nəqliyyat vasitəsinin partladılması nəticəsində baş verib.

Terror hadisəsinin təfərrüatları barədə geniş məlumat verilmir. Baş vermiş terror aktına görə, məsuliyyəti üzərinə götürən olmayıb.

Nail Cəlil


Müəllif: