İyunun 3-də Almaniyanın Ankaradakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.
Almaniya parlamentinin ermənilərin 1-ci dünya müharibəsi dövründə Türkiyədə “soyqırımı”na məruz qalmasını tanıyan qətnaməyə qarşı çıxan aksiyaçılar səfirliyin binasına yumurta atıblar.
Onların əlində Almaniya əleyhinə şüarlar olub.
Qeyd edək ki, Almaniya parlamentinin aşağı palatası qətnaməni iyunun 2-də qəbul edib.
Türkiyə bunun ikitərəfli münasibətlərə ziyan vuracağınını xəbərdarlıq edib. Ermənistan Osmanlı impaeriyası dövründə milyonyarım erməninin soyqırımına məruz qaldığını iddia edir.
Türkiyə isə bu rəqəmin qat-qat şişirdildiyini və həmin vaxt baş verən vətəndaş müharibəsində hər iki tərəfdən kütləvi ölənlər olduğunu deyir.