4 İyun 2016 08:05
489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada daşqınlar nəticəsində ölənlərin sayı 3-ə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Luara departamentində 60 yaşlı qadının meyiti su altında qalan evin həyətində aşkarlanıb.

Bundan əvvəl iki nəfərin öldüyü bildirilirdi. Bir neçə gün davam edən güclü yağışlar nəticəsində Parisdə Sena çayının səviyyəsi son 34 ilin ən yüksək göstəricisinədək qalxıb. Çayda gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.


Müəllif:

Oxşar xəbərlər