Kürd silahlı birləşmələri Suriyanın Hələb şəhərinin Şeyx Maqsud məhəlləsindəki mövqelərindən geri çəkiliblər.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, geri çəkilməyə səbəb silahlıların endirdiyi güclü zərbələr, habelə “Cəbhə ən-Nüsrə” və “Əhrar əş-Şam” qruplaşmalarının silsilə həmlələri olub.
Qeyd edək ki, ötən gün Hələbin şimalında 2 minədək silahlının iştirakı ilə geniş miqyaslı döyüş baş verib.