5 İyun 2016 16:14
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Ukrayna yük maşınlarının ölkə ərazisinə buraxılmasından imtina edib.


APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna İnfrastruktur Nazirliyi məlumat yayıb.

Ukraynaya məxsus yük maşınları həm quru sərhədləri, həm də dəniz limanlarından Türkiyə ərazisinə buraxılmır. Rəsmi Ankara bunu Kiyevin 2016-cı ilin ikinci rübündə yük maşınları ilə bağlı ayrılmış kvotanı doldurması ilə əsaslandırır. Buna görə də Ukrayna yük maşınları yalnız iyulun 1-dən Türkiyə sərhədini keçə biləcək.


Ukrayna İnfrastruktur Nazirliyi isə Türkiyənin səhv etdiyini, rəsmi Kiyevin 2016-cı ildə rüblər üzrə kvotalarla bağlı razılaşmadan imtina etdiyini bildirib. Hazırda problem həllini tapmayıb, məsələ yaxın vaxtlarda beynəlxalq yükdaşımaları ilə əlaqədar Ukrayna-Türkiyə Birgə Komissiyasının iclasında müzakirə olunacaq. Ukrayna iclasın iyunda keçirilməsini təklif etsə də, görüşün yeri və tarixi hələ rəsmi Ankara ilə razılaşdırılmayıb. Buna görə də Ukrayna İnfrastruktur Nazirliyi məsələ tənzimlənənə qədər Ukrayna nəqliyyat şirkətlərinin sürücülərinə Türkiyəyə səyahət etməməyi tövsiyə edib.


Müəllif:

Oxşar xəbərlər