Barak Obama Məhəmməd Əli haqqında yazıb.
“The Telegraph on Sunday” qəzeti ABŞ prezidenti Barak Obamanın boks əfsanəsi Məhəmməd Əli Kassius Marcellus Klay haqqında xatirə məqaləsini dərc edib.
Prezident yazır ki, Məhəmməd Əli 1959-cu ilin şaxtalı qış səhərlərində dan yeri sökülər-sökülməz qaçışa başlayarmış. Bundan altı ay sonra o, Roma Olimiadasının çempionu olub.
"O məktəbdə oxuduğu illərdə başqa uşaqlar kimi avtobusa minməz, avtobusla ötüşərdi, uşaqlar onu “dəli” adlandırırdılar".
Barak Obama yazır ki, çox tezliklə bütün dünya onun öz yolunun olduğunu biləcəkdi.
“Mən Məhəmməd Əli Kassius Klay olan vaxtlarda çox uşaq olmuşam və onu xatırlamıram” – deyilir məqalədə
.
ABŞ prezisdenti yazır ki, o təkcə dünyanın ağır çəkili çempionu deyildi və bəzi vaxtlarda ziddiyyət və nifrətin obyektinə çevrilmişdi.
“Əli dörd illik sürgündən sonra fövqəladə şəkildə qayıdış edib çempion adını geri almaqla dünyanı şoka salanda da, mən hələ məktəbdəydim – yazır Obama, - Amma mən onun məhz bu xüsusiyyətinə həmişə qibtə etmişəm: Onun bütün gücünü səfərbər edə bilmək qabiliyyətinə, düşmənçilik qarşısında mərdliyinə, tufandan çıxmağına və öz yolundan dönməzliyinə”.
Obama yazır ki, sonunda Əlini təkcə bir boksçu kimi yox, bir insan kimi də formalaşdıran məhz bu xüsusiyyələri idi.
Məqalədə deyilir ki, Əli bütün fiziki qüdrətinin imkan verdiyi qədər dünya boyunca sülh və barışıq gücünə çevrilmişdi.
Prezident Əli ilə bağlı bir epizodu da xatırladır. O Filadelfiya xəstəxanasına baş çəkəndə ayaqları olmayan oğlan uşağını qucağına alıb demişdi: “Təslim olma. İndi adamlar kosmosa uçurlar. Sən də bir gün yeriyib bütün bunları edəcəksən”. O bundan sonra məşhur “Əli ayaqsürüşdürməsi”ni nümayiş etdirməklə balaca oğlanı güldürmüşdü.