Qazaxıstanda bir qrup məmur və hərbiçi çevrilişə cəhd ittihamı ilə saxlanılıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı ölkənin milli təhlükəsizlik komitəsinin mətbuat katibi Ruslan Karasev məlumat verib.
Saxlanılanlar arasında baş prokurorun sabiq birinci müavini, konstitusiya şurasının sabiq üzvü İlyas Baxtıbayev və Cənubi Qazaxıstan vilayətinin daxili işlər departamentinin sabiq rəisi general-mayor Doskaliyev var.
Karasevin sözlərinə görə, faktla bağlı "Şımkentpivo" müəssisəsinin sabiq direktoru, tanınmış biznesmen Toxtar Tuleşov da saxlanılıb: "Tuleşov əvvəllər hazırlıq işləri görüb, ötən ildən isə hakimiyyət çevrilişi üçün fəaliyyətini artırıb. O, ölkədə çaxnaşma və etirazlar yaratmağı, sabitliyi pozmağı, ölkədə ikinci alternativ hakimiyyət qurmağı planlaşdırıb".
Karasev əlavə edib ki, Atıray, Astana, Almatı, Ural, Kızılordu və digər böyük şəhərlədə keçirilən aksiyalarda Tuleşovun əlinin olduğu sənədlərlə sübuta yetirilib: "Hazırda Tuleşov və digərlərinin başqa əməllərdə iştirakı araşdırılır. Əlavə olaraq, Tuleşova qarşı adam oğurluğu və qətl törətmə maddələri üzrə ittiham irəli sürülüb".
Samir