Bişkekdə yanacaqdaşıyan avtomobilin partlaması nəticəsində 14 nəfər yaralanıb.
Teleqraf.com RİA Novosti-yə istinadən bildirir ki, yaralananlar müxtəlif dərəcəli yanıq xəsarəti alıblar.
Partlayış avtomobilin təmiri zamanı baş verib.
Yanğın söndürülüb. Faktla bağlı araşdırma aparılır.