6 İyun 2016 21:36
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın "Qazprom" nəhəngi 2030-cu ilədək Qırğızıstanın qaz kəmərləri infrastrukturuna 100 milyard rubl (1,53 milyard dollar) investisiya yatırmaq niyyətindədir.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, bunu Rusiyanın baş naziri Dmitri Medvedev qırğızıstanlı həmkarı Sooronbay Jeenbekovla danışıqlardan sonra bildirirb. Rusiya baş nazirinin sözlərinə görə, bu məbləğin üçdə birini yaxın iki il ərzində ayırmaq nəzərdə tutulur.

İyunun 6-da Rusiya ilə Qırğızıstan arasında neft və neft məhsullarının rüsumsuz tədarükü barədə hökümətlərarası müqavilə imzalanıb.

Müqaviləyə görə, daxili ehtiyacların ödənilməsi üçün Qırığızıstana nəql edilən neft həcmlərinə Rusiya gömrük rüsumu tətbiq etməyəcək.

Müqavilə neftin təkrar ixracını qadağan edir. Qırğızıstan 2014-cü ildən ölkə ərazisində tikilmiş neftayırma zavodunda emaldan keçirmək üçün ildə 300 min ton xam neftə ehtiyacının olduğunu bildirir.


Müəllif:

Oxşar xəbərlər