7 İyun 2016 10:44
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın Aktobe şəhərində baş vermiş terror hücumları zamanı öldürülən ekstremistlərin sayı 13 nəfərə çatıb.


Bunu Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat katibi Almas Saudabayev deyib. O bildirib ki, daha 4 ekstremist yaralanıb, 7 nəfər isə axtarışdadır: “Ölkənin daxili işlər orqanlarının bütün şəxsi heyəti gücləndirilmiş iş rejimində çalışır. Şəhərdə və ümumilikdə respublika ərazisində vəziyyət stabil və nəzarət altındadır”.

Xatırladaq ki, iyunun 5-də Aktobe şəhərində 2 silah mağazasına və hərbi hissəyə hücum edilib. Atışma zamanı 3 nəfər dinc sakin və 3 hərbçi həlak olub.(APA)


Müəllif:

Oxşar xəbərlər