"Ankara Almaniya Bundestaqının "erməni soyqırımı" ilə bağlı qərarını cavabsız qoymayacaq və bu istiqamətdə bütün lazımı addımları atacaq".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, Türkiyə tərəfi bu qərarı susqunluqla qarşılaya bilməz.
Nazirin fikrincə, Ankara Almaniya hökumətindən məsələ ilə bağlı rəsmi mövqe gözləyir: "Güman edirik ki, səslənən mövqe verilən qərarla üst-üstə düşməyəcək".
Qeyd edək ki, qərar iyunun 2-də Bundestaqda səs çoxluğu ilə qəbul edilmişdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qərarı "tarixi səhv" adlandırmışdı.
Samir