7 İyun 2016 15:35
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə hakimiyyəti İstanbulda terror aktına görə məsuliyyət daşıyanların kimliyini açıqlayacaq.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib:

"Biz terrorçuluqla mübarizəni davam etdirəcəyik. Hazırda hadisə ilə bağlı araşdırmalar aparılır. Terror aktında həyatını itirən şəxslərin yaxınlarına başsağlığı verirəm. Yaralılara isə şəfa diləyirəm. Əlavə edim ki, hücum zamanı yaralananlardan 2-sinin vəziyyəti ağır olaraq qalır".

Qeyd edək ki, bu gün səhər saatlarında İstanbulda baş vermiş partlayış nəticəsində 11 nəfər ölüb, 36 nəfər yaralanıb. Ölən şəxslər arasında 1 nəfər azərbaycanlının da olduğu bildirilir.

Samir


Müəllif:

Oxşar xəbərlər