İstanbulun Veznecilər küçəsində baş verən teraktdan sonra Böyük Britaniya və Almaniya hökumətləri vətəndaşlarına xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, hər iki ölkə vətəndaşlarına qələbəlik yerlərdən uzaq durmaq, gecə vaxtlarında şəhərə bacardıqca az çıxmaq, bir sözlə diqqətli olmaq çağırışlarını ediblər.
Qeyd edək ki, bu gün İstanbulun Veznecilər küçəsində polis avtomobilinin partladılması nəticəsində 11 nəfər ölüb, 36 nəfər yaralanıb.
Ayxan