7 İyun 2016 21:06
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyada valideynləri tərəfindən cəzalandırılan uşaq atasını bağışlayıb.


Teleqraf.com xəbər verir ki, valideynləri dəcəllik edən Yamato Tanookanı cəzalandırmaq üçün Hokkaydo adasındakı meşəlikdə qoyublar, amma qayıtdıqda onu tapa bilməyiblər. Valideynləri bildiriblər ki, 7 yaşlı uşaq maşın və adamları daşa basırmış. Valideyinləri əvvəlcə uşağın itdiyini desələr də sonradan onu meşədə buraxdıqlarını etiraf ediblər.

Xilasedicilər bir həftə əvvəl meşədə itən 7 yaşlı oğlanı tapıblar. Polisin mayın 3-də verdiyi məlumata görə, uşaq sübh vaxtı hərbi bazadan tapılıb.

O, müayinə üçün vertolyotla yaxınlıqdakı xəstəxanaya götürülüb.

6 gün sonra tapılan uşaq atasını bağışladığını bildirib. Ayılarla zəngin olan meşədə 6 gün ac qalan Yamato Tanooka orada özünə sığınacaq tapıb. Onun axtarışlarına 130 polis cəlb edilmişdi.

Ayxan


Müəllif:

Oxşar xəbərlər