7 İyun 2016 17:20
1 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

Günə İstanbuldakı terror hadisəsi ilə başlayan Türkiyədə bir şəxsin Tvitter hesabındakı paylaşımı diqqət çəkib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, "Ahmet Öztürk Usta" ləqəbi ilə qeydiyyatdan keçmiş şəxs mayın 31-dəki paylaşımında Türkiyədə terror aktı olacağını bildirib:

"İyunun 15-nədək Türkiyədə 3 terror aktı törədiləcək. Onlardan biri Anadolu, digər ikisi isə Avropa hissəsində olacaq. Bir hücuma görə məsuliyyəti Kürdüstan Azadlıq Şahinləri (TAK), digər ikisinə görə isə İŞİD terror qruplaşmaları öz üzərlərinə götürəcək. Hücumlar bir neçə gün fasilə ilə ediləcək. Bundan əvvəlki hücumlar zamanı xəbərdarlıq etməyimizə rəğmən, heç bir iş görülmədi".

Samir


Müəllif:

Oxşar xəbərlər