Rusiyanın İstanbuldakı Baş Konsulluğu rusiyalı dənizçinin İstanbulda “Yevgeni Sokolnitski” gəmisinin göyərtəsində öldüyünü təsdiqləyib.
Teleqraf.com RİA-Novosti-yə istinadən xəbər verir ki, diplomatik nümayəndəlik bir nəfərin ölüm faktı ilə bağlı məlumat aldıqlarını bildirib: “Hal-hazırda Türkiyənin müvafiq orqanları ilə birgə ölümün səbəbləri araşdırılır”.
Qeyd edək ki, daha öncə Türkiyənin Tuzla şəhərində təmirdə olan gəminin göyərtəsində iki dənizçinin meyitinin aşkarlandığı bildirilmişdi. Əvvəlcə onların Ukrayna vətəndaşı olduqları qeyd olunurdu. Təsdiqlənmiş məlumata görə, dənizçilər gecə növbəsində xidmətdə olarkən həyatlarını itiriblər.
İyunun əvvəlində isə Kataloniyada yaxtanın göyərtəsində 28 yaşlı rus qadının və onunla birgə olan 46 yaşlı İtaliya vətəndaşının meyitləri aşkarlanmışdı. Hüquq-mühafizə orqanlarının məlumatına görə meyitlərin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Güman olunur ki, onlar hansısa qidadan zəhərləniblər.
Səxavət