Çexiya Parlamentinin Aşağı palatasının rəhbəri Yan Hamaçek Prezident Miloş Zemanın qondarma "erməni soyqırımı"nın çex deputatlar tərəfindən tanınması ilə bağlı təklifini qəbul etməyib.
Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
Y.Hamaçek "Tvitter"dəki səhifəsində yazıb: "Tarixi hadisələrə siyasətçilər deyil, tarixçilər münasibət bildirməlidir".
Çexiyanın xarici işlər naziri Lubomir Zaoralek də bu fikirlə razıdır.