Teleqraf.com xəbər verir ki, dastanı Çin dilinə Pekin Xarici Dillər Universitetinin türk dili kafedrasının müdiri, filologiya elmləri doktoru professor Liu Cao tərcümə edib.
Çin Millətlər Universitetinin nəşriyyatında çap olunan kitab iki hissədən ibarətdir. Birinci hissə dastanın 12 boyunun hamısının Çin dilində tərcüməsi verilib. İkinci hissədə dastanın dilinin, onun qrammatikasının tədqiqatı əksini tapıb. Bu tədqiqat həm də professor Liu Caonun doktorluq dissertasiya işi olub.
Nəşrdə dastanda ən çox istifadə olunan sözlərin, o cümlədən qədim türk dilində mövcud olan sözlərin izahı verilib.
Kitaba ön sözü Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Türk Dil Qurumunun sədri Mustafa Kaçalin, Çin Millətlər Universitetinin professoru Can Dincin və Çinxay Millətlər Universitetinin professoru Ma Vey yazıb.