22 Noyabr 2017 18:12
1 358
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış Azərbaycan şairi Rüstəm Behrudinin XAN nəşriyyatının “Çağdaş Ədəbiyyat” seriyasında yeni nəşr olunmuş “Şaman duasından dar ağacına” adlı şeirlər kitabının təqdimat və imza günü keçiriləcək.

Teleqraf.com xəbər verir ki, kitabdakı şeirlər “Qurd başlı tuğlar bizim”, “Çıxıb getməyə qurulub onsuz da bütün saatlar”, “Məzarlıqda bitən yovşan” və “Mən dəli, havalar dəli” sərlövhələrində birləşdirilib. Kitabın redaktoru Şəmil Sadiq, rəssamı Pəri Miniatürdür.

Nəşriyyatın verdiyi məlumata görə tədbirdə şairin şeir gecəsi də keçiriləcək və müəllif şeirlərini səsləndirəcək.

Tədbir 25 noyabr, saat 15:00-da Kitabevim.az mağazalar şəbəkəsinin mərkəz filialında keçiriləcək.

Ünvan: Puşkin küç. 32 a (AK center II mərtəbə, 28 may m/s yaxınlığı)

Tel.: 012 498 79 89, 055 877 24 44


Müəllif: Şəfiqə

Oxşar xəbərlər