“Qanun Nəşriyyatı” Fəvvarələr Meydanındakı "Soyuq əllər, isti ürək" yarmarkası çərçivəsində tanınmış şair Salam Sarvanın imza gününü keçirib.
Teleqraf.com xəbər verir ki, Salam Sarvan yeni çapdan çıxan “Heykəl tənhalığı” kitabını oxucular üçün imzalayıb. İmza günündə şairin qələm dostları və oxucular iştirak edib.
İmza günü ilə bağlı “Qanun Nəşriyyatı”nın direktoru Şahbaz Xuduoğlu bildirib ki, bu dəfə təşkilatçılıq istədiyimiz kimi alınmadı:
“Təşkilatçımız xəstələndiyi üçün imza gününə yaxşı hazırlaşa bilmədik. Nəticədə kitab da az satıldı. Amma Salam Sarvan müasir dövrün ən böyük şairlərindəndir. Düşünürəm ki, tezliklə bütün kitablar satılacaq. Və qarşıdakı günlərdə daha möhtəşəm imza günü keçirməyi planlaşdırırıq”.
Qeyd edək ki, kitabı şəhərin bütün kitab dükanlarından əldə etmək olar.