1 Mart 2018 10:34
2 423
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc şair Ruzbeh Məmmədin yeni kitabı nəşr olunub.

Teleqraf.com xəbər verir ki, "Gecə saat üçdür və mən səni sevirəm" adlı şeirlər kitabı "Parlaq İmzalar Nəşriyyatı"nda çap edilib. Kitaba şairin ən son yazılan və mətbuat orqanlarında çap edilən şeirləri daxil edilib.

Qeyd edək ki, "Gecə saat üçdür və mən səni sevirəm" şeirlər kitabının təqdimatı mart ayının 4-də saat 17:00-da "Azərkitab"da (Unvan: Məhəmməd Naxçıvani 1( Dövlət Statistika Komitəsi ilə üzbəüz) baş tutacaq.


Müəllif: Teleqraf.com