14 Mart 2018 15:16
3 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün yazıçı Anarın 80 yaşı tamam olur.

Teleqraf.com bu münasibətlə Anarın Türkiyədə çəkilmiş nadir bir fotosunu təqdim edir. Fotoda yazıçı Anar Azərbaycan mühacirləri ilə bir arada təsvir olunub.

Ana tərəfdən məşhur Rəfibəylilər nəslindən olan Anarın qohumları da mühacirət həyatı yaşayıb. Dayısı Kamil Arran Azərbaycan mühacirləri arasında tanınan şəxs olub.

Təqdim etdiyimiz foto Anarın “Ədəbiyyat” qəzetinin 1992-ci ilin iyun ayında çap edilmiş saylarından birində yayımlanmış “Qürbət mənim içimdə” adlı məqaləsində verilib.

Fotoda Azərbaycan Milli Mərkəzinin, Azərbaycan Kültür Dərnəyinin başqanı Məhəmməd Kəngərli, eləcə də, Azərbaycanın istiqlal mübarizəsini aparan Əhməd Qaraca, Cəmil Ünal kimi şəxslər təsvir olunub.

Şəkildə verilmiş qeyd belədir: Soldan: Anar, Yəhya Daşdələn, Məhəmməd Kəngərli, Nəbi Xəzri, Əhməd Qaraca, Cəmil Ünal, Nazim İbrahimov.


Müəllif: Dilqəm Əhməd