14 Sentyabr 2019 08:06
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində XIV Beynəlxalq Rəzəvi Şeir Festivalı keçirilib.

Teleqraf.com xəbər verir ki, türkdilli şairlərin qatıldığı festivala 250 əsər təqdim olunub. Təqdim edilən əsərlərdən ikisi Azərbaycan Yazıçılar Birliyinin (AYB) Xəzər bölməsinin üzvlərinin əsərləridir.

Ölkəmizi festivalda AYB-nin Xəzər bölməsinin üzvləri Nicat Nəsri və Adil Əkbər təmsil edib.

İran İslam Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan festivalda münsiflər arasında bölmənin sədri Arif Buzovnalı da yer alıb.

Azərbaycan şairlərinin çıxışlarından məmnunluq ifadə edən festivalın təşkilatçıları iki ölkənin xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi baxımından bu cür ədəbi əlaqələrin əhəmiyyətini vurğulayıblar.

Festivalın sonunda ən gözəl 12 əsər müəllifinə diplom və hədiyyələr təqdim olunub.


Müəllif: Teleqraf.com