2 Oktyabr 2019 13:00
1 143
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxşı əsər çox vaxt ilk cümlədən oxucunu özünə çəkir. Ancaq son cümləni bilməyə can atanlar da olur.

Teleqraf.com Azərbaycan romanlarından bir neçəsinin son cümləsini təqdim edir.

Məmməd Səid Ordubadi, “Qılınc və Qələm”

“Özbəklə Qütluğ bir daha qucaqlaşıb öpüşdülər, onların həftələrdən bəri bir-birinə danışdıqları dastan burada bitdi”.

İsa Hüseynov (Muğanna), ‘‘İdeal‘‘

“İşıq gəmilərinin ‘‘Yer‘‘ə enməyinə lap az qalıb”.

İsmayıl Şıxlı, “Dəli Kür”

“Yenə də narın-narın yağış yağırdı. Kürün uğultusundan başqa heç nə eşidilmirdi”.


Yusif Səmədoğlu, “Qətl günü”

‘‘Yuxunuz şirin olsun dirilər‘‘.

Yusif Vəzir Çəmənzəminli, “Qızlar bulağı”

“Bu aləm qarşısında “Qızlar bulağı” ekranda göstərilən bir şəkil kimi sönüb getdi”.

Elçin “Ölüm hökmü”

“Uzaqlarda yenə səssiz bir şimşək çaxdı...”

Anar “Beşmərtəbəli binanın altıncı mərtəbəsi”

“Əgər adamlar başa düşsəydilər ki, beşmərtəbəli binanın altıncı mərtəbəsi də ola bilər, onda nə vardı ki...”

Kamal Abdulla, “Yarımçıq əlyazma”

“Nə edəcəyimi götür qoy edə-edə uzun bir yoldu, gedirdim və birdən gəlib yadıma düşdü ki, üzündə lal məzəmmət Şərqşünas qızın mənə dediyi kimi...”


Şərif Ağayar “Arzulardan sonrakı şəhər”

“Salam, müqəddəs İterü! Pulcuqlu balıqların sahibi... yol azan quşların həyanı...”

Dəniz Pənahova



Müəllif: Teleqraf.com