7 Oktyabr 10:02

Yazıçı Samirə Əşrəfin “Elm və Təhsil” nəşriyyatı"nda “Dördüncü divar" adlı kitabı nəşr olunub.

Teleqraf.com xəbər verir ki, “Ədəbiyyat qəzeti” yayınları seriyasından çap olunan 470 səhifəlik kitab müəllifin qəzetdəki eyni adlı layihəsi əsasında gerçəkləşib.

Kitabda Samirə Əşrəfin ədəbiyyat, kino və teatr sahəsinin tanınmış imzaları ilə söhbətləri, düşüncələri yer alır.

Kitabın ideya müəllifi filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, redaktoru filologiya elmləri doktoru, tənqidçi Elnarə Akimovadır.

Bu, müəllifin sayca ilk kitabıdır.


Müəllif: Dəniz Pənahova