13 Oktyabr 2019 10:15
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində müasir fəlsəfi şerimizin görkəmli nümayəndəsi, Xalq şairi Ramiz Rövşənlə virtual görüş keçirilib.

Teleraf.com xəbər verir ki, Ticarət Palatasının Vaşinqton şəhərində yerləşən inzibati binasında baş tutan görüşə paytaxtda və ətraf ştatlarda yaşayan soydaşlarımızla yanaşı, Meyn, Nyu-York, Nyu-Cersi və Texas ştatlarında yaşayan azərbaycanlılar da qatılıblar.

Görüşdə şairin həyat və yaradıcılığı, şeirlərinin obyekti, müasir Azərbaycan ədəbiyyatı və s. mövzularda müzakirələr aparılıb. Şairin şerlərini öz dilindən eşitmək görüşə xüsusi məna qatıb.

Ramiz Rövşənlə görüş Azərbaycan Mədəniyyət Mərkəzinin (USACC) “Şənbə söhbətləri” proqramı çərçivəsində baş tutub. Proqramın əsas məqsədi ABŞ-da yaşayan azərbaycanlıların ölkəmizin tanınmış incəsənət, mədəniyyət və elm xadimləri ilə görüşlərinin təşkilidir.

Mədəniyyət Mərkəzinin şənbə proqramlarına, eyni zamanda, Vaşinqtondakı Azərbaycan səfirliyi ilə birgə həyata keçirilən azərbaycanlı uşaqlar üçün “Azərbaycan məktəbi” də daxildir.


Müəllif: Teleqraf.com