18 Oktyabr 2019 09:50
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

‘‘Netfix‘‘ şirkəti Əlif Şəfəqin ‘‘Eşq‘‘ əsərini satın alıb. Kitab əsasında serial çəkiləcəyi gözlənilir.

Teleqraf.com xəbər verir ki, serial layihəsinin nə zaman start götürəcəyi, orada kimlərin rol alacağı hələ açıqlanmayıb.

Populyar ‘‘Eşq‘‘ romanı Türkiyədə 850 mindən artıq tirajla satılıb, 37 dilə tərcümə olunub. Kitabda hadisələr 2 hissəyə, 2 zamana ayrılır: Mövlanə Cəlaləddin Rumi və çağdaş dövr. Bütöv mətnin təməlində isə eşq dayanır.

‘‘Mən eşqi izah etmək istədim. Həm mənəvi, həm də dünyəvi ölçülərdə yazdım‘‘ – deyə yazıçı qeyd edib.



Müəllif: Dəniz Pənahova