14 Dekabr 2019 10:00
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan mədəni irsinin, adət-ənənələrinin, çoxsaylı abidələrinin beynəlxalq miqyasda tanıdılması və təbliği məqsədilə Mədəniyyət Nazirliyi, “Paşa Həyat Sığorta” ASC və “IRS Publishing House”un 2013-cü ildən birgə həyata keçirdiyi “İrs” silsiləsi layihəsi uğurla davam edir.

Teleqraf.com xəbər verir ki, bu seriyanın yeni nəşrləri olan “Azərbaycan inciləri”, “Gəncə - Nizami yurdu” və “Qədim və gözəl Qarabağ” adlı kitabların təqdimat mərasimi keçiriləcək.

Təqdimat mərasimi 16 dekabr saat 16:00-da “JW Marriot” hotelinin “Şərq” zalında təşkil olunacaq.

Qeyd edək ki, layihə çərçivəsində indiyədək “Qədim qalanın yuxuları”, “Qobustan – minilliklər kitabı”, “Təbrizin sehrli nağılları”, “Naxçıvan – Şərqin əfsanəsi”, “Məftun edən şəhər”, “Bakı simfoniyası”, “Daş keşikçilər”, “Qarabağ – əsirlərin salnaməsi” adlı kitablar nəşr olunub.


Müəllif: Teleqraf.com