1 Aprel 2022 10:46
2 921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 2-si saat 14-də Atatürk Mərkəzində şair İlham Qəhrəmanın yeni şeirlər kitabı - “Bir adamlıq şəhər”in imza günü keçiriləcək.

Teleqraf.com xəbər verir ki, kitab “Qanun” Nəşrlər Evində çap olunub.

Kitaba şairin son illərdə yazdığı şeirlər, ədəbi düşüncələri və 44 günlük Vətən müharibəsinin bədii xronikasını əks etdirən bayatılar daxil edilib.

Kitabın redaktoru və ön sözün müəllifi akademik Nizami Cəfərovdur.

Eyni zamanda həmin gün Atatürk Mərkəzinə təşrif buyuranlar şairin əvvəlki illərdə çap olunmuş “Sevgi durna çırağıdır” şeirlər kitabını və toplayıb tərtib etdiyi Sarı Aşığın “Gül dəftəri”, Aşıq Alının “Nə qaldı” və regional folklor seriyasından “Laçın lətifələri” kitablarını əldə edə biləcəklər.

“İmza günü”ndə iştirak edən şəhid və qazi ailələrinə 1 ədəd kitab hədiyyə olunacaq.


Müəllif: Teleqraf.com