27 Aprel 2022 13:00
3 838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com şair Mətləb Ağanın yeni şeirini təqdim edir.

***

... Aprelin son həftəsi...
... uzaq dəniz sahili...
süpürgə rüzgarların
o tərtəmiz sahili...

...yelkən-yelkən ümidlər
bir gəmiyə tamarzı...
...və göydələn arzular
zirzəmiyə tamarzı...

günlər bir-bir yıxılan
domino daşlarıdı...
...güzgüdəki o adam
səni bağışlamadı...

bu otaqda nə vaxtdı
bir sən, bir xatirələr!
hər qapı döyüləndə
diksinir xatirələr!

lap üzr də istəsən
yorğun ayaqlarından,
ta sənə qismət olmaz
o dağların qarından...

...sonra rəfdən götürüb,
uda-uda tozunu,
təzədən oxuyarsan
“Robinzon Kruzo”nu...


Müəllif: Teleqraf.com