21 Avqust 2020 12:20
3 907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general-leytenant Onik Qasparyan Bolqarıstanın İrəvandakı səfirliyinin hərbi attaşesi Yanço Komitovu qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə müdafiə sahəsində ikitərəfli Ermənistan-Bolqarıstan əməkdaşlığı, qarşıdakı proqramlar və əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı bir sıra məsələlərə toxunulub.


Müəllif: Mənsur Rəğbətoğlu