31 Avqust 2020 10:33
2 611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gələn Ermənistan Baş naziri Nikol Paşinyan işğalçı ordunun buradakı qərargahına baş çəkib.

Teleqraf.com xəbər verir ki, baş naziri işğal bölgəsindəki terrorçu rejimin başçısı Araik Arutyunyan və buradakı işğalçı qüvvələrin komandanı Cəlal Arutyunyan müşayiət edib.

Cəlal Arutyunyan Dağlıq Qarabağdakı erməni hərbi birləşmələrinin vəziyyəti və bölgədəki son hərbi durumla bağlı Paşinyana məlumat verib.

Nikol Paşinyan və Araik Arutyunyan təmas xəttindəki zastavalara da baş çəkiblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər