5 Oktyabr 2020 11:36
4 323
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Müdafiə Nazirliyi də daxil olmaqla, bir çox əks-təbliğat aparan rəsmi qurum bir foto üzərindən Türkiyəni ittiham etməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan və digər rəsmi şəxslər Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin sosial şəbəkədəki bir paylaşımındakı detala diqqət çəkib.

Məlum qurumlar Gəncədə erməni qüvvələrinin raket zərbəsi ilə dağılan bir bunanın qarşısında duranlar arasında Türkiyə xüsusi təyinatlılarının bir hərbçisinin olduğunu iddia ediblər.

Lakin Hikmət Hacıyev bir neçə dəqiqə sonra bir paylaşım edərək, fotodakı şəxsin mülki müdafiə işçisi olduğunu və Ermənistanın təbliğatçıları tərəfindən gördüyü hər kəsi Türkiyə vətəndaşı kimi qələmə verdiyini yazıb.

Türkiyə mediası ermənilərin əks-təbliğatını “Ermənistanın dünyaya rəzil olduğu an: Qorxudan kabus görməyə başladılar” başlığı ilə manşetlərə çıxarıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər