Ermənistan Müdafiə Nazirliyi jurnalistləri də silahlandırmağa başlayıb.
Teleqraf.com-un məlumatına görə, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stefanyan paylaşıb.
Ermənistan hakimiyyəti yenə də qayda və prinsipləri pozaraq jurnalistləri silahlandırır, onların həyatları üçün təhlükə yaradır.
Qeyd edək ki, jurnalistlərin silahlandırılması, hətta onların öz texniki avadanlıqlarından silah kimi imitasiya etməsi beynəlxalq hüquq qaydalarına ziddir. Çünki bu, birbaşa jurnalistləri silahlı hədəf halına çevirir.