Ermənistan oktyabrın 3-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilən Talış kəndinin onların nəzarətində olmadığını təsdiq edib.
Teleqraf.com xəbər verir ki, Azərbaycan Ordusunun Talış kəndini işğaldan azad etməsinin 10-cu günündə Ermənistan Müdafiə Nazirliyi faktı təsdiq etmək məcburiyyətində qalıb.
Amma bu zaman da “erməni ermənidir” prinsipinə sadiq qalınıb.
Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Arçun Ovanisyan özünün Feysbuk səhifəsində qeyd edib ki, Azərbaycan Ordusu Talış kəndirinin ətrafındadır, lakin bu o demək deyil ki, onlar kəndə nəzarət edir. Bununla belə Ermənistan Müdafiə Nazirliyi kəndin onların nəzarətində olduğunu dilinə gətirməyib.
Qeyd edək ki, artıq Talış kəndinin Azərbaycanda olmasına dair onlarla kadr yayımlanıb.
Görünən odur ki, düşmən Talış daxil olmaqla, Azərbaycanın işğaldan azad etdiyi əraziləri erməni cəmiyyətinə hansı formada təqdim etməkdə çətinlik çəkir və bu reallığın erməni cəmiyyətində ciddi desdablizasiyaya səbəb olacağını düşünür.