Ermənilərin iddialarına görə, Ermənistana və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gələn Fransa jurnalistləri koronavirus yayır.
Teleqraf.com-un məlumatına görə, bu barədə ermənilər sosial şəbəkələrdə paylaşımlar edirlər.
Onların iddialarına görə, fransız jurnalistlər koronavirus daşıyıcılarıdır və onlar koronavirus yayırlar, ordu üçün də təhlükə yaranıb.
Ermənilər sosial şəbəkələrdə statuslar yazaraq fransız jurnalistləri Qarabağa gəlməmək üçün xəbərdarlıq edirlər.