15 Oktyabr 2020 18:03
2 609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Xarici İşlər Nazirliyi bu gün Tərtər şəhər qəbiristanlığının dəfn mərasimi keçirilərkən qəsdən ağır artilleriyadan intensiv atəşə tutulması ilə bağlı bəyanat yayıb.

Teleqraf.com xəbər verir ki, bəyanatda deyilir:

“Ermənistanın Azərbaycanın mülki yaşayış məntəqələrinə qarşı davam edən hücumlarını şiddətlə qınayırıq. Bu gün Tərtərə edilən son hücum nəticəsində qəbiristanlıqda dəfn mərasimində iştirak edən mülki əhalidən 4 nəfər ölüb, 5 nəfər yaralanıb. Ermənistan əsirlərin və cənazələrin mübadiləsi üçün elan edilmiş humanitar atəşkəsi heçə saymağa davam edir.

İnsanlıqdan payını almayanlar azərbaycanlı qardaşlarımızın cənazələrini dəfn etmələrinə də izn vermirlər”.

Türkiyə Xarici İşlər Nazirliyi qeyd edib ki, son hücumla Ermənistan bir daha insani dəyərlərə sığmayan hüquqazidd üzünü göstərmiş olub. “Türkiyənin can Azərbaycanın qəhrəman xalqı ilə həmrəyliyi daimi və tamdır”, – deyə bəyanatda qeyd olunub.


Müəllif: Səxavət

Oxşar xəbərlər