Ermənistan Baş naziri Nikol Paşinyan Ara Ayvazyanı Ermənistan xarici işlər nazirinin müavini təyin edib.
Teleqraf.com xəbər verir ki, bu barədə erməni informasiya resursları xəbər yayıb.
Nikol Paşinyan bu təyinatının səbəbləri haqda məlumat verməyib.
Qeyd edək ki, Ara Ayvazyan diplomatdır və bir neçə ölkədə səfir vəzifəsində çalışıb.
Görünən odur ki, Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərində işğalçı siyasət aparan və hazırda Azərbaycan Ordusu tərəfindən qovulan erməni ordusu və cəmiyyətində yaranan məyusluq və etiraz hislərini hökumətin üzərindən yayındırmaq üçün Paşinyan bu kimi addımlar nümayiş etdirir. Görünən budur ki, daha çox zərbə və məğlubiyyət erməni hökumətini daha pis situasiya ilə üzləşdirəcək.