Bu gün ordumuz tərəfindən düşmənin S-300 zenit-raket kompleksini, S-125 zenit-raket kompleksini, Su-25 təyyarəsini məhv edilib.
Teleqraf.com-un məlumatına görə, iqtisadçı Qubad İbadoğlu Ermənistanın sıradan çıxarılan hərbi texnikasının qiyməti barədə maraqlı detalları açıqlayıb.
Onun sözlərinə görə, S-125 zenit-raket kompleksi aşağıdan uçan pilotlu və ya pilotsuz aparatların 20 – 18 000 m hündürlükdə və 3,5 – 25 km uzaqlıqda vurulması üçün nəzərdə tutulub. Q.İbadoğlu qeyd edib ki, bu sistemlər Rusiya istehsalıdır, təxmini qiyməti 45 milyon rubldur, yəni 1 milyon manatdır.
İqtisadçı vurğulayıb ki, Su-25 təyyarəsinin qiyməti isə 11 milyon dollar, təxminən 18,7 milyon manatdır: "Beləliklə, Ermənistanın yalnız bir neçə saat ərzində milyonlarla manat dəyəri olan hərbi texnikaları sıradan çıxarılıb".