Ermənistanda koronavirusa yoluxanların sayı 65 460 nəfərə çatıb.
Teleqraf.com-un məlumatına görə, son sutka ərzində 766 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.
Bundan başqa, daha 10 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 1 091 nəfər koronavirusdan ölüb, 15 845 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.